Get Appointment

Team Page
UI/UX dizayn

UI/UX dizayn nədir?

UI/UX Dizayn dərslərində siz vebsayt və mobil & veb tətbiqləri dizayn etməyi öyrənməklə yanaşı, istifadəçi araşdırması və onların ehtiyaclarını müəyyən etməyi öyrənəcəksiz. Bu ehtiyac və problemlərdən yola çıxaraq lazımi mərhələlərin hamısını tamamlayıb, onlara gətirilən optimal həllərdən, test edilmiş məhsulun prototipinin hazırlanması da daxil olmaqla nəzəri və prakiki biliklərə sahib olacaqsınız.
- Figma, Notion, Google forms, Balsamiq, Miro, Maze, Typeform
- Real layihələr üzərində iş
- Portfolionun hazırlanması
- Case study və təqdimatı
UX/UI təlimimiz vasitəsilə həm bu sahəni sıfırdan öyrənəcək, həm də bu sahədə ilk işinə başlamağa hazır olacaqsan!

Kurikilum

Dərslərin keçirilmə sırası

line
01

Giriş

UX/UI dizaynın təməl element və prinsipləri

02

Analiz

İstifadəçi araşdırması və onların ehtiyaclarının müəyyən edilməsi

03

Professional Dizayn

UI prinsipləri, UI kit, stillər və komponentlərin yaradılması

04

İnkişaf

Test edilmiş məhsulunun optimal həllərlə prototipinin hazırlanması

05

Karyera

Portfolio üçün veb sayt və mobil tətbiq dizaynı

CircleCircle Text
About
Kursumuz haqqında

UI/UX dizaynı peşəkar müəlliminlə daha sürətli öyrən!

UI/UX

Faizə Rzayeva 4 ildir ki, bu sahədə fəaliyyət göstərən yerli şirkətlərlə yanaşı, Amerika, Dubai, Küveyt və İspaniya kimi ölkələrə məxsus xarici şirkətlərlə də əməkdaşlıq etmişdir. Keçmişdə CryptoAds, Yoord, The Akkaas, Goodface kimi nüfuzlu şirkətlərdə çalışan müəlliməmiz hal-hazırda Amerikaya məxsus bir startup-da UX/UI dizayner vəzifəsində fəaliyyət göstərir.

Sınaq dərsinə qoşul
FAQ

Tez-tez soruşulan suallar

Dizayna həvəsi olan sadə kompyuter bacarıqlarına malik hər kəs 0-dan başlayaraq dərslərə qatıla bilər.

UX/UI dizayn dərslərinə qoşularaq Figma, Notion, Balsamiq, Miro, Maze, Typeform proqramlarını dərindən öyrənəcəksən.

Dərslər canlı formada keçirilir lakin iştirak edə bilmədiyiniz zamanlar istədiyiniz yerdən dərslərə online formada qoşula bilirsən.

Dərsin gedişatı zamanı bütün proses “videoyazı” proqramları vasitəsilə qeydə alınır və tələbələr üçün ayrılmış qrupda paylaşılır. Buraxdığınız dərsi sonradan izləyib geri qrupdan geri qalmamaq şansı əldə edirsən.

Dərs qruplarında minimum 4 maxsimum 7 nəfər olur.

Yeni nəsil kompyuter almağını məsləhət görərik. Minimum RAM: 8GB, Prosessor: Minimum İntel Core İ5/Ryzen 5, Videokart: Minimum: RTX 3050. qeyd: bu göstəricilər şərtidir və tələbənin büdcəsinə əv seçiminə görə dəyişə bilər. Ödənişsiz konsultasiya zamanı biz tələbərə seçim etməkdə yol göstərikrik. Məsləhətimiz budur ki, əgər kompyuter almaq istəyirsinizsə mütləq məsləhətləşib sonra alasınız.

Kursu uğurla bitirən tələbələr rəsmi imzalı və möhürlü sertifikatla təmin olunur. Yüksək qiymətlərlə bitirən tələbələr fərqlənmə nişanı ilə təltif olunur.

Məzunlar səhifəsinə click edərək istədiyiniz tələbəmizin dizayn işləri ilə tanış ola bilərsiniz

Əlaqə saxla düyməsinə basıb bizə özünə uyğun vaxt və gün aralığı təyin edə bilərsən. Qısa zamanda sənlə əlaqə saxlayıb ofisimizdə qonaq ola biləcəyin vaxtı sizinlə bölüşəcəyik. Gözləmək istəmirsənsə birbaşa 050-826-56-56 nömrəsi ilə əlaqə saxla.

FAQs